"Trabzonspor" istəyinə çatdı: KABRAL TRANSFERİ RƏSMİLƏŞDİ
05.06.2026 - 12:39
"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Benfika"dan Sidni Lopes Kabralı transfer edib.
Bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro ödəyib. Sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kabral ötən mövsüm "Benfika"nın heyətində 12 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Cüdoçumuz Almaniyada qızıl medal qazanıb
- Klublarımızın Konfrans Liqasındakı mümkün rəqibləri açıqlandı
- Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
- Azərbaycan Kuboku: 1/8 final həyəcanı başlayır
0
0