Türkiyə Kubokunda ilk finalçı bəlli olub
08.05.2024 - 09:54
![Türkiyə Kubokunda ilk finalçı bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/may/08/big/663b10ed7461a663b10ed7461b1715146989663b10ed74618663b10ed74619.jpeg)
Türkiyə Kubokunda finala çıxan ilk komandanın adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsində "Beşiktaş" və "Ankaragücü" komandaları üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 70-ci dəqiqədə Muçi vurub.
Komandalar arasında Ankarada keçirilən ilk qarşılama qolsuz heç-heçə ilə başa çatmışdı.
Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.
0
0