Türkiyə Superkubokunun keçiriləcəyi vaxt dəqiqləşdi
21.02.2024 - 18:37
Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.
Apasport.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq görüş aprelin 7-də, Bakı vaxtı ilə saat 22:00-da oynanılacaq.
Matç Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların bəzi qadağalarına görə komandalar meydana çıxmaqdan imtina etmişdilər.
Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub
- Premyer Liqa ABŞ-da turnir keçirəcək
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- Azər Həşimov: “Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var“
- "Neftçi"nin futbolçuları milli komandalarına çağırılıblar
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
0
0