Türkiyə Superkubokunun vaxtı dəyişdirilib
09.01.2026 - 17:19
“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.
Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.
Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
- Krakov-2023: Azərbaycan yığmasının heyəti açıqlandı
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
- Millimiz Özbəkistanla üz-üzə gələcək
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- "Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB
0
0