Türkiyə yığması Vincenzo Montella ilə müqavilə imzaladı
21.09.2023 - 21:12
Türkiyə yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az-ın məlumatına görə, komandaya Vincenzo Montella rəhbərlik edəcək.
İtaliyalı mütəxəssis dünən istefaya göndərilən Ştefan Kuntzu əvəzləyib. Onunla üç illik müqavilə imzalanıb. Montella artıq Trkiyədə fəaliyyət göstərib. O, ötün mövsüm “Adana Dəmirspor”a başçılıq edib.
Qeyd edək ki, Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsində 5 oyundan sona 10 xal toplayaraq, ikinci pillədə qərarlaşıb.
- Avropa çempionatı: İlk gündə 5 cüdoçumuz tatamiyə çıxacaq
- Millimiz Serbiyadan 7 medalla dönür: 3 qızıl, 1 gümüş, 3 bürünc
- “Bavariya” hücumçusunu satır
- Klubarası dünya çempionatında yarımfinalçılar müəyyənləşdi
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
0
0