Türkiyədə 10 klubun 3 xalı silindi - SƏBƏB
24.12.2022 - 12:22
![Türkiyədə 10 klubun 3 xalı silindi - SƏBƏB](https://ww3.apasport.az/storage/news/2022/december/24/big/63a6b6de2ac4663a6b6de2ac47167187017463a6b6de2ac4263a6b6de2ac44.jpg)
Türkiyə Futbol Federasiyası (TFF) 10 klubu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandaların lisenziya öhdəliklərini vaxtında yerinə yetirməməsi olub.
Qərara əsasən Super Liqadan “Kayserispor”un, I liqadan “Dənizlispor”, “Altay”, “Erzurumspor” və “Yeni Malatyaspor”un, II liqadan isə 5 komandanın aktivindən 3 xal silinib.
TFF cəzalandırdığı klublardan ən qısa vaxtda lisenziya öhdəliklərini tam olaraq yerinə yetirməyi tələb edib.
0
0