Ukraynadan FIFA və UEFA-ya etiraz notası
13.12.2024 - 21:59

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.
Apasport.az xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.
Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.
- Nazir və “Zirə”nin fəxri prezidenti millinin üzvləri ilə görüşdu
- Mariya Şarapova: Qadın Tennisinin Əfsanəsi
- “Bavariya”nın qapıçısı qeyri-müəyyənlikdə
- “Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
0
0