"Union"un baş məşqçisinə ağır cəza
26.01.2024 - 11:59
Berlin "Union"unun baş məşqçisi Nenad Byelica cəzalandırılıb.
Apasport.az xəbər verir ki, 52 yaşlı xorvatiyalı mütəxəssis qeyri-idman hərəkətinə görə, 3 oyunluq diskvalifikasiya və 25 min avro cəriməyə məruz qalıb.
O, Bundesliqanın XIII turunun “Bavariya” ilə təxirə salınmış matçının (0:1) 74-cü dəqiqəsində Münhen təmsilçisinin cinah oyunçusu Leroy Sanenin üzündən yapışıb. Qarşılaşmanın baş hakimi Frank Uellenborq xorvatiyalını bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, Berlin klubu və məşqçinin bu qərara etiraz etməyəcəyi bildirilib.
- Şahin Diniyev: "Məğlubiyyətə layiq deyildik"
- Paralimpiya çempionları üçün xüsusi təqaüd veriləcək
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- Autsayderlərin görüşündə qalib “Hatayspor” oldu
- Dambrauskas və Sadıqov finalöncəsi PFL-in suallarını cavablandırıb - VİDEO
0
0