“Yuventus”dan “Fiorentina”ya - RƏSMİ
02.02.2026 - 21:54
"Yuventus"un müdafiəçisi Daniele Ruqani A Seriyasında klubunu dəyişib.
Apasport.az xəbər verir ki, "Fiorentina" italiyalı futbolçunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ruqani mövsümün sonuna qədər "bənövşəyilər"in formasını geyinəcək. "Fiorentina" A Seriyasında qalsa, 31 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnəcək.
Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2013-cü ilin yayında "Empoli"dən transfer edib.
- Luis Enrikenin tələbkarlığı
- “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”
- "Neftçi"də ciddi itki: Bu il oynamayacaq
- Vüsal İsgəndərli üzr istədi: "Mənim səhvimdən uduzduq" - MÜSAHİBƏ
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
0
0