Uoker üçün 15 milyon
22.07.2023 - 17:28
“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Bavariya”ya keçə bilər.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu müdafiəçi ilə bağlı danışıqlar aparacaq.
Tərəflər arasında görüş Yaponiyada baş tutacaq. Münhenlilər 33 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edəcək. Transferin 15 milyon avroya reallaşacağı gözlənilir.
Qeyd edək ki, Uoker 2017-ci ildə Mançester təmsilçisinə keçib.
- Güləşçilərimizdən Avropa çempionatında 4 medal
- “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"
- "Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi
- Qurban Berdıyev: "İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq..."
- Zaqatalada sülh, “Şamaxı”dan QƏLƏBƏ
0
0