!["VAR mənim ideyamdır" dedi, FİFA-nı məhkəməyə verdi](https://ww3.apasport.az/storage/news/2024/january/16/big/65a6c85ad1eda65a6c85ad1edb170542908265a6c85ad1ed865a6c85ad1ed9.jpg)
VAR texnologiyasının istifadəsi dayandırıla bilər.
Apasport.az xəbər verir ki, madridli Fransisko Lopez İspaniya Kral Futbol Federasiyası (RFEF) və FİFA-nı məhkəməyə verib.
O, özünü bu yeniliyin yaradıcısı hesab edir. Lopez 7 ildir ki hər iki təşkilatı buna inandırmağa çalışsa da, istəyinə nail ola bilməyib. İndi o, məsələni məhkəmə yolu ilə həll etməyə çalışacaq.
Məhkəmə yaxın vaxtlarda ehtiyat tədbiri olaraq VAR-ın fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qərar verəcək.
Qeyd edək ki, Lopez RFEF və FİFA-dan layihəsindən icazəsiz istifadə etdiklərinə görə 300 milyon avro tələb edir.