Viktor Gyökereş rəsmən “Arsenal”da
26.07.2025 - 22:35
"Arsenal" heyətini Viktor Gyökereşlə gücləndirib.
Apasport.az xəbər verir ki, isveçli hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.
London klubu 27 yaşlı futbolçunun keçidinə görə 63,5 milyon avro əsas məbləğ və əlavə 10 milyon avro bonus ödəyəcək. Gyökereş "Arsenal"da 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Viktor 2024/25 mövsümündə "Sportinq"in heyətində bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.
- Azərbaycan şahmatçıları Türkdilli ölkələrin III Universiadasında medal qazanıblar
- “Qarabağ” – “Neftçi” görüşünün vaxtı açıqlanıb
- Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"
- “Neftçi” amerikalı basketbolçu ilə gücləndi
- Voleybolçularımız Ermənistan təmsilçilərini məğlub ediblər
0
0