Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıb
09.04.2025 - 22:57
Azərbaycan güləşçiləri Ağanəzər Novruzov və Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc və gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmmədov finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub. Bu, Azərbaycan yığma komandasının yarışdakı ilk gümüş medalı olub.
Yığmamızın digər üzvü Novruzov isə 74 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.
- "Qalatasaray"ın prezidenti əməliyyat OLUNDU
- Arda Gülər: “Bu qolun xəyalını çox qurmuşdum“
- Lineker: "Mbappe finalda xüsusi bir şey etməsə, Messi "Qızıl top"u qazanacaq"
- "Turan Tovuz" gürcü legionerlərindən birini göndərdi
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
0
0