Yamala WWE kəməri təqdim olunub
15.03.2025 - 16:43

"Barselona"nın gənc ulduzu Lamin Yamala xüsusi hədiyyə verilib.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçuya "SmackDown"un WWE kəməri təqdim olunub.
Hücumçu Barselonada keçirilən yarışda iştirak edib.
O, komanda yoldaşları Aleks Baldye və Ektor Fortla birlikdə tamaşanı izləyənlər arasında olub.
Tədbir bitdikdən sonra rəsmilər Yamala xüsusi titul veriblər.
Qeyd edək ki, WWE Avropanın 11 şəhərində və 9 ölkəsində, İspaniya, İtaliya, İrlandiya, Belçika, Şimali İrlandiya, İngiltərə, Şotlandiya, Avstriya və Niderlandda keçiriləcək.
0
0