Yulmann rəsmən “Atletiko”da
11.07.2026 - 14:56
"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Sportinq"in kapitanı Morten Yulmannı transfer edib.
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Matroslar" 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün 40+5 milyon avro təzminat ödəyəcək. Danimarka millisinin üzvü "Atletiko" ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Yulmann 2025/26 mövsüümündə "Sportinq"in heyətində 45 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0