Yunanıstanlı müdafiəçi “Roma”da - RƏSMİ
02.08.2026 - 11:56
Yunanıstanlı müdafiəçi “Roma”da - RƏSMİ

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Volfsburq”dan Konstantinos Kulyerakisi transfer edib.

22 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi ilə müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.

Transferin dəyəri 15 milyon avro təşkil edib.

Qeyd edək ki, “Roma” bu yay “Bolonya”dan hücumçu Santyaqo Kastronu da heyətinə qatıb.