Turin "Yuventus"u Lissabon "Sportinq"inin mərkəz müdafiəçisi Osman Diomande ilə maraqlanır.
Apasport.az "tuttosport"a istinadla xəbər verir ki, “qoca sinyora” yayda Kot d-İvuarlı futbolçunu transfer edə bilər.
20 yaşlı müdafiəçi ilə hazırda Avropanın bir çox top klubları maraqlanır. Futbolçuya "Real Madrid", "Çelsi" və "Arsenal" kimi komandalar maraq göstərirdi.
Yay "transfer pəncərəsi"ndə "Sportinq" perspektivli futbolçusunun transferinə razılaşa bilər.
"Transfermarkt" mərkəz müdafiəçisinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Osman Portuqaliya çempionatının 17 matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Güləş üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib
- Toni Kroosun karyerasında ilk
- Paşa Əliyev: "Əcnəbi mütəxəssislərdən imtina etməliyik" - Müsahibə
- Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”
- Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar bəlli olub