"Yuventus"dan antirekord
02.12.2024 - 13:58
!["Yuventus"dan antirekord](https://ww3.apasport.az/storage/news/2024/december/02/big/674d822340d88674d822340d891733132835674d822340d7b674d822340d87.jpg)
İtaliya çempionatının XIV həftəsində "Yuventus" "Leççe" ilə oyunun son dəqiqələrində (1:1) qələbəni əldən verib.
Apasport.az xəbər verir ki, Tiaqo Mottanın yetirmələri 68-ci dəqiqədə Andrea Kambiasonun qolu ilə önə keçib.
Meydan sahibləri 93-cü dəqiqədə Ante Rebiçin qolu ilə hesabı bərabərləşdirib.
Bununla da, "Yuventus" bir il ərzində ilk dəfə 18 heç-heçə edib.
Əvvəlki rekord 68 il əvvəl qeydə alınıb.
0
0