“Yuventus”dan “Monako”ya 23 milyona
14.08.2023 - 21:11
İsveçrə millisinin və “Yuventus”un futbolçusu Denis Zakaria klubunu dəyişir.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Liqa1-də davam etdirəcək.
Zakaria “Monako”ya keçəcək. O, yeni klubu ilə yeni müqavilə imzalayacaq.
Transfer 23 milyon avroya gerçəkləşəcək. Turinlilər onun gələcək satışından da 5 faiz əldə edəcək.
Qeyd edək ki, Denis ötən mövsüm həm “Yuventus”da, həm də icarə əsasında “Çelsi”də forma geyinib.
- “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib - VİDEO
- 3 milyonluq əmsalı uddu – Ginnesin rekordlar kitabına düşdü
- Bonuççi yenidən İtaliya millisində
- “Qəbələ”nin sabiq baş məşqçisi Fəxri Zalda
- “Bəzən hakimlər VAR sisteminə baxa-baxa dəqiqələr sonra yanlış qərarlar verirlər”
0
0