“Yuventus”un de Liqt planı
16.07.2022 - 16:39
“Yuventus” Mattiys de Liqti satmaq fikrindən uzaqdır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 23 yaşlı mərkəz müdafiəçisinə yeni müqavilə təklif edib.
Niderland millisinin üzvü bir müddətdir “Bavariya”nın maraq dairəsindədir. Ancaq turinlilər onunla 2025-ci ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalamağa hazırdır. “Yuve” hətta bunun üçün oyunçunun müqaviləsindəki sərbəst qalma məbləğini 90 milyon avroya endirməyə də razıdır.
Qeyd edək ki, Mattiys de Liqt 2019-cu ildən “Yuventus”un formasını geyinir.
- Belçikadan minimal hesablı qələbə - YENİLƏNİB
- Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb
- Nemanya Ancelkoviç: "Onunla Azərbaycandakı vaxtları tez-tez xatırlayırıq" - MÜSAHİBƏ
- Millinin Bakı toplanışı üçün heyəti müəyyənləşdi
- Qurban Qurbanovdan rekord üçün növbəti cəhd və ya 4 fərqli final variantı
0
0