Proqnozsevərləri yüksək dəqiqlik ehtimallı ödənişli kuponlar təklif edən “Apasport” ötən həftəni də uğurla başa vurub. Avqustun 7-dən 13-dək olan dövrdə keçirilən oyunlar üçün hazırlanan belə variantlardan 21-i uduşla nəticələnib.
Bu, Azərbaycanda ödənişli kupon təklif edən ilk rəsmi sayt kimi tarixə düşən “Apasport”un mütləq rekordudur. Bunadək həftəlik rekord 19-a bərabər idi. Həmin göstərici iki dəfə qeydə alınıb.
İyulun 17-23-də və iyulun 31-dən avqustun 6-dək olan həftələr 19 “Ödənişli”nin uduşu ilə yadda qalıb. Ümumilikdə isə ardıcıl dördüncü həftə “Ödənişli”dəki uduş sayı “10+” olub.
Son həftənin belə kuponları 66,26 əmsallıq qazanc gətirib. Bu, “Apasport”un “Ödənişli”lərində tarixin ikinci ən böyük göstəricisidir.
Orta hesabla gündə 3,00 “Ödənişli” dəqiq olub. Gündəlik orta uduş əmsalı 9,47-dir.
Həftənin hər günündə ən azı iki “Ödənişli”də uduş qeydə alınıb. Avqustun 7-də və 8-də dörd, 9-da, 11-də və 12-də üç, 10-da və 13-də iki belə variant müştəriləri sevindirib.
İyulun 27-dən başlayan uğurlu seriya da davam edib. Son 18 günün hər birində “Ödənişli”də uduş qeydə alınıb. 8 gündür bu uduşların sayı “2+” ilə ifadə olunur.
Həftənin ən böyük “Ödənişli” uduşu 12,18 əmsaldır. Bu, avqustun 12-də qeydə alınıb.
Daha iki dəfə dəqiq ödənişlinin əmsalı “5+”ə bərabər olub. Bu kuponlar 6,04 və 5,04 qat qazanc gətirib. Qeyd olunan üç böyük “Ödənişli”dən başqa, daha iki dəfə uduşun əmsalı “3+” ilə yadda qalıb.