Andrey Lunev: "Çempionatın səviyyəsi yüksəlir"
01.01.2024 - 14:54
Andrey Lunev:   "Çempionatın səviyyəsi yüksəlir"

"Qarabağ"ın rusiyalı qolkiperi Andrey Lunev Azərbaycana uyğunlaşmasından bəhs edib. 

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə "RB Sport"a müsahibəsində danışıb.

"Adaptasiya çoxdan başa çatıb. Aydındır ki, ünsiyyət baxımından "Bayer"dən daha asandır. Gündəlik həyat da daha asandır. Lakin yerli sürücülük tərzinə alışmaq çətin idi. Misirdəki kimi onlar həmişə siqnal verir, istədikləri kimi sürürlər. Eyni zamanda, avtomobili qaydalara uyğun idarə edərkən hələ də naməlum səbəblərdən saxlanılır və cərimələnirsiniz".

Lunev "Qarabağ"ın RPL-də necə çıxış edə biləcəyi ilə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, “köhlən atlar” yüksək yerlərə iddialı ola bilərdi: "Oyun keyfiyyətinə görə müqayisə etmək çətindir, yalnız onu deyə bilərəm ki, Rusiyada “Qarabağ” liderlərdən biri olacaq və yüksək yerlər uğrunda mübarizə aparacaqdı. Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır. Buradakı atmosfer məni müsbət mənada təəccübləndirdi. Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatın səviyyəsi yüksəlir".

writer photo
Əlirza Əlirzalı
0