“Araz-Naxçıvan” məşqləri bərpa edib
05.01.2025 - 18:49
“Araz-Naxçıvan” məşqləri bərpa edib

"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib. 

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.

2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.

Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.

writer photo
Əlirza Əlirzalı
0