Avropa Oyunları gündəliyi: İlk gündə 7 növdə mübarizə
21.06.2023 - 07:47
Avropa Oyunları gündəliyi: İlk gündə 7 növdə mübarizə

Bu gün Krakov-2023 III Avropa Oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, yarışın ilk rəsmi günündə 7 idman növü üzrə yarışlar təşkil olunacaq.

İdmançılar atletika və çimərlik həndbolunda mübarizəni davam etdirəcək. Sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padeldə yarışlar yeni başlayacaq.

Azərbaycan yığması bu növlərdən ikisində təmsil olunacaq. Atletlərimiz bu növdəki ikinci yarış günündə qüvvəsini sınayacaq. Həmçinin, padeldəki təmsilçilərimiz mübarizəyə qoşulacaq.
Günə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq açılış mərasimi ilə yekun vurulacaq.

Padel
11:00. Qadın cütləri

1/16 final. Nərminə Bağırova, Samirə Əliyeva

Atletika
11:40. Kişilər, uzunluğa tullanma
Kəsgin Abbaszadə

12:08. Kişilər, lövhəatma
İsmayıl Əliyev

13:02. Qadınlar, 800 m
Anna Yusupova

13:20. Kişilər, 1500 m
Elman Abışov

13:45. Qadınlar, üçtəkanla tullanma
Yekaterina Sarıyeva

14:05. Kişilər, 400 m, sədlərlə
Cavid Məmmədov

14:30. Qadınlar, 4x100 m estafet
Azərbaycan yığması

14:50. Kişilər, 4x100 m estafet
Azərbaycan yığması

writer photo
Əlirza Əlirzalı
0