Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 24 döyüş baş tutub.
6 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Malik Həsənov, Tayfur Əliyev və Nəbi İsgəndərov da final üçün döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, çempionata dekabrın 8-də yekun vurulacaq.
Azərbaycan çempionatı
1/4 final mərhələsi
54 kq
Ruslan Qədirov (MİK) – Elşən Qəribov (“Roman” BK) – 5:0
Ramazan Babayev (DİN İC) – Nihat Abdullayev (“Qızıl əlcək” İK) – 0:5
Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – Elgün Babayev (METE) – 5:0
Namik Yarəliyev (Qəbələ) – Mirzağa Hüseynli (“Cənub” İK) – 1:4
60 kq
Maqsud Xasmetov (“Neftçi” İK) – Əli Əliyev (BFL) – birinci tam üstünlüklə qalib gəlib
Ceyhun Məmmədov (Qusar) – Aslan Quliyev (Z-1 İK) – 0:5
Ramazan Abdullayev (Balakən) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 0:5
Fərid Sadıqov (“Neftçi” İK) – Nadir Malikov (METE) – 5:0
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Fərid Qasımov (“Qızıl əlcək” İK) – birinci tam üstünlüklə qalib gəlib
Ruslan Bayramov (DİN İC) – Ruslan Rüstəmov (BFL) – 0:5
Heybətulla Hacıəliyev (BFL) – Cəlal Qurbanov (MİK) – birinci qalib gəlib
Tayfur Əliyev (MİK) – Kənan Kazımov (“Cənub” İK) – ikinci döyüşə gəlməyib
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Səid Abdullayev (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
İlqar Salahov (Qəbələ) – Xəlil Kazımov (Gəncə) – ikinci döyüşə gəlməyib
Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Sənan Mehdiyev (Abşeron) – birinci tam üstünlüklə qalib gəlib
Pərviz Quliyev (Ağcabədi) – Şəmsi Şahbazov (MİK) – 5:0
71 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Kamran Baxşəliyev (“Qəbələ” İK) – 5:0
Nicat Məmmədov (“Qızıl əlcək” İK) – Rəşid Həsənov (“Raund” İK) – 5:0
Elnur Abdullazadə (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 3:2
Xanbala Qurbanov (Qəbələ) – Sərxan Əliyev (MİK) – 0:5
80 kq
Devid Oloboye (Naxçıvan MR) – Mehdi Ağayev (Masallı) – birinci qalib gəlib
İldırım Qədirov (“Neftçi” İK) – Fəqan Məmmədov (AzTU) – ikinci tam üstünlüklə qalib gəlib
Aydın Hüseynli (“Neftçi” İK) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – birinci döyüşə gəlməyib
Aydın Dadaşov (“Roman” İK) – Cabbar İsmayılov (Sumqayıt) – ikinci tam üstünlüklə qalib gəlib