“Qarabağ” üç qolla üç xal qazandı
16.09.2022 - 11:47
“Qarabağ” üç qolla üç xal qazandı

Avrokubokların qrup mərhələsinin ikinci turundan sonra top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Avropanın 438 ən güclü klub yer alıb.

Azərbaycan reytinq siyahısında üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 207 xala malikdir. Avropa Liqasında “Nant”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 3 vahid artırıb.

Ötən siyahıda 79-cu olan Ağdam klubu bir pillə irəliləyib.

“Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 387-cidir. Hər iki komanda ötən reytinqlə müqayisədə 2 pillə yüksəlib.

Qeyd edək ki, siyahıya 2288 xala malik “Real” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0