Serbiyada faydasız qazanc
08.06.2022 - 00:45
Serbiyada faydasız qazanc

Azərbaycan millisinin FİFA reytinqindəki qazancı bəlli olub.

Apasport.az saytının məlumatına görə, yığmamız əmsalına 1,7 xal əlavə edib.

Bu qazanc Millətlər Liqasının II turunun Belarusla səfər oyununda əldə olunub. Serbiyadakı 0:0 hesablı heç-heçə Canni de Byazinin yetirmələrinin aktivini artırması ilə nəticələnib. Buna səbəb rəqibin daha yüksək reytinqli komanda olmasıdır.

Bununla da yığmanın onlayn FİFA sıralamasındakı reytinq xalı 1121,34-ə yüksəlib. Komandamız hazırda bu siyahıda dünyanın 130-cusudur.

Millimiz üç ay əvvəl açıqlanan rəsmi FİFA reytinqində 1127 xalla 129-cu idi. Qazaxıstana 0:2 hesablı məğlubiyyətdən sonra 7,4 xal itirən komandamız Tanzaniyadan geri düşüb. Belarusla oyundakı qazanc mövqeyi qaytarmaq baxımından faydasız olub.

Qeyd edək ki, yığmamız iyunun 10-da Slovakiya, 13-də Belarusu qəbul edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0