Azərbaycanın görkəmli qrosmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən 8-ci superturnirin bu gün təntənəli açılış mərasimi olub.
Turnirin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, açılış mərasimində turnirin Təşkilat Komitəsinin sədri, Vüqar Həşimovun atası Qasım Həşimov qonaqlara və iştirakçılara təşəkkürünü bildirib:
"8-ci yarışı birgə qeyd edirik. Bu il heyəti formalaşdırarkən müəyyən dəyişikliklər etdik. Turnirə 4 gənc şahmatçı dəvət olundu ki, onlardan 2-si yerli idmançıdır. Digərləri isə hindistanlı Qukeş D və Özbəkistan təmsilçisi Nadirbəy Əbdüsəttarovdur. Hər ikisi də güclü şahmatçıdır. N.Əbdüsəttarovu bu il əldə etdiyi uğurlara görə təbrik edir və salamlayıram. Bu il gənc idmançılara özlərini göstərmək üçün şərait yaratdıq. Vüqar da gənc və yeniyetmə yaşlarında özünü göstərməyi bacarmışdı.
Ailəmiz adından Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Ölkə başçısı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçlə görüşündə "Vüqar Həşimov Memorial-2022"nin əhəmiyyətindən söz açıb. Yarışdakı bütün şahmatçılara uğurlar arzulayıram".
Turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın reqlamenti barədə məlumat verib.
Daha sonra yarışın püşkü atılıb. Püşkə əsasən, ilk turda Abdulla Qədimbəyli Rauf Məmmədov, çinli Van Hao Şəhriyar Məmmədyarov, Samuel Şenklənd (ABŞ) Aydın Süleymanlı, Nadirbəy Əbdüsəttarov ispaniyalı Valeo Pons, Rumıniya şahmatçısı Riçard Rapport isə hindistanlı Qukeş D ilə qarşılaşıb.
I turda ilk gedişi Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov V.Hao ilə Ş.Məmmədyarovun görüşündə edib.
- Marko Veşoviç: “Qarşılaşmaya tam hazırıq və motivasiyalıyıq”
- “Neftçi” rəsmisi: “Bəzi futbolçularla ilkin razılaşmalar var”
- “Mançester Siti”nin sahibi daha bir klub alır
- Avropa Kuboku: “Kür” III mərhələdə İslandiya klubu ilə qarşılaşacaq
- “Araz-Naxçıvan”ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmağımız mümkündür" – Müsahibə