Yığmamız açıq Niderland çempionatında iştirak edəcək
13.10.2022 - 11:40
Yığmamız açıq Niderland çempionatında iştirak edəcək

Oktyabrın 15-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçiriləcək. 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. 

Ölkəmiz Eyndhovendə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaqlar. 

Qeyd edək ki, Niderlanda bu gün yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.
 

writer photo
Əlirza Əlirzalı
0