“Yuventus”dan 2 milyonluq transfer
09.08.2023 - 10:01
“Yuventus”dan 2 milyonluq transfer

“Yuventus” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Turin təmsilçisi Fakundo Qonzaleslə müqavilə imzalayıb. Mərkəz müdafiəçisi “Valensiya”nın B komandasından transfer olunub. 

20 yaşlı uruqvaylı ilə 4 illik müqavilə imzalanıb. Onun keçidi 2 milyon avroya başa gəlib.

writer photo
Əlirza Əlirzalı
0