“Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq
09.09.2023 - 13:09
“Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq

Rumıniyanın Oradea şəhərində minifutbol üzrə EMF Çempionlar Liqasında yarımfinal oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, “Zirə” finala gedən yolda Monteneqronun “Sabornoq Hrama” komandası ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Elşad Quliyevin yetirmələri 3-cü yer uğrunda matçda Rumıniyanın AEK klubunu sınağa çəkəcək.

Qeyd edək ki, Çempionlar Liqasında digər təmsilçimiz “Birbaşa Bakı” 1/4 finalda mübarizəni dayandırıb. Onların yolunu isə AEK kəsib. 

writer photo
Əlirza Əlirzalı
0