Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək
27.11.2024 - 23:59
Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək

"Formula-1" üzrə dünya çempionatında İtaliya Qran-prisinin müqavilə müddəti artırılıb.

Apasport.az xəbər verir ki, bu barədə yarışın baş direktoru Stefano Domenikali açıqlama verib.

Montsa avtodromunda keçirilən Qran-pri 2031-ci ilədək davam edəcək. Domenikali İtaliya Avtomobil Klubuna təşəkkür edərək, Lombadiya regionunda "Formula-1"in keçirilməsinin böyük zövq yaşatdığını bildirib.

O, yarış trasının yenilənməsini vurğulayaraq, imzalanan uzun müddətli əməkdaşlığı yüksək qiymətləndirib.

 

writer photo
Əlirza Əlirzalı
0