Futbol üzrə Azərbaycan çempionatlarının bir qismində müvəqqəti fasilə yaranacaq.
Apasport.az saytına AFFA-dan verilən məlumata görə, AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasında baş tutmalı olan görüşlər təxirə salınacaq.
Həmin qərar yalnız Bakı və Abşeron zonaları üzrə yarışlara keçərli olacaq. Buna səbəb paytaxtda COP-29 tədbirinin baş tutmasıdır. Həmçinin məktəblərdə payız tətili, ali təhsil müəssisələrində isə distant təhsil keçiriləcək. Belə olan halda, qurum təxirəsalmanı ən doğru addım kimi qəbul edib.
Nəzərdə tutulan turların matçları başqa vaxt baş tutacaq.
Qeyd edək ki, Misli Premyer Liqasında da milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq.