Hemiltondan “Ferrari”nin təklifinə imtina
12.08.2023 - 00:18
Hemiltondan “Ferrari”nin təklifinə imtina

“Formula”-1 üzrə 7 qat dünya çempionu Luis Hemilton “Ferrari”yə “yox” deyib.

Apasport.az saytı xəbər verir ki, böyük britaniyalı “Mersedes”də qalmaq niyyətindədir.

Hemiltonla “Mersedes” arasında mövsümün sonunda başa çatacaq müqavilə hələ də yenilənməyib. “Ferrari” bu vəziyyətdən istifadə edərək, ulduz sürücüyə təklif verib. Komandanın prezidenti Con Elkann şəxsən Luislə əlaqə saxlayıb. Amma britaniyalı pilot mehribacasına bu təklifdən imtina edib.

Qeyd edək ki, “Mersedes” rəhbərliyi və sürücü dəfələrlə razılıq əldə olunduğunu bildiblər. 
 

writer photo
Əlirza Əlirzalı
0