Millimiz Gürcüstana yenə qalib gəldi
24.08.2022 - 18:02
Millimiz Gürcüstana yenə qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan komandamız bu gün ikinci matçına çıxıb.

Eldar Yusubovun yetirmələri dörd gün əvvəl Bakıda 3:0 hesabı ilə üstələdiyi Gürcüstanla bu dəfə Tbilisidəki “Yeni Voleybol Arena”da üz-üzə gəlib. Yığmamız rəqibinə səfərdə də asanlıqla qalib gələrək, aktivinə növbəti 3 xalı yazdırıb.

Qeyd edək ki, D qrupunun digər iştirakçıları Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də evdə Avstriyaya qarşı keçirəcək. Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcək. AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
24 avqust
17:00. Gürcüstan - Azərbaycan - 0:3 (14:25, 14:25, 7:25)

Tbilisi. “Yeni Voleybol Arena”

writer photo
Əlirza Əlirzalı
0