41 yaşında karyerasını bitirmək istədi, rəhbərlik qoymadı
31.08.2022 - 09:09
41 yaşında karyerasını bitirmək istədi, rəhbərlik qoymadı

“Betis”in hücumçusu Xoakin klubla müqaviləsini pozmağa və karyerasını bitirməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu 41 yaşlı ispaniyalı özü rəhbərliyə təklif edib.

O, qapıçı Klaudio Bravo və hücumçu Villian Xosenin mövsümlük qeydiyyatı ilə bağlı problemi həll etmək üçün ayrılmağa hazır olduğunu bildirib. Ancaq “Betis” rəhbərliyi bunu rədd edib. Klub “transfer pəncərəsi” bağlanana qədər futbolçuların qeydiyyatı ilə bağlı problemi həll etmək üçün digər hücumçu Loren Moronu satmağa çalışacaq.

Qeyd edək ki, Xoakin 2015-ci ildən “Betis”də çıxış edir. Onun hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0