Futbol üzrə İngiltərə Premyer Liqa təmsilçilərindən "Arsenal" gələcək üçün yeni qapıçı axtarışına başlayıb.
Apasport.az “Teamtalk” nəşrinə istinadən xəbər verir ki, Danimarkanın 18 yaşlı futbolçulardan ibarət komandasının qapıçısı Lukas Martin “topçular”ın maraq dairəsinə düşüb.
Mənbənin məlumatına görə, 17 yaşlı danimarkalı bu yaxınlarda London klubunun düşərgəsində sınaqdan keçib.
Xüsusilə, komandanın baş məşqçisi Mikel Arteta Lukası gələcəkdə komandanın qapıçısı olaraq görür.
Bundan əlavə, Lukas Martinin xidmətində Fransanın PSJ komandası da maraqlıdır.
Qeyd edək ki, bu ilin əvvəlində “Norşellann’ın gənc komandasından ayrılan 17 yaşlı Lukas hazırda azad agent statusu daşıyır.