"Bavariya" yeni idman direktoru tapıb
25.02.2024 - 14:53
"Bavariya" rəhbərliyi klubun idman direktoru postuna yeni namizəd tapıb.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi Maks Eberlini işə götürməyə hazırlaşır.
50 yaşlı almaniyalı son olaraq “Leypziq”də sözügedən vəzifəni icra edib. O, 2020-2023-cü illərdə bu komandada işləyib.
Qeyd edək ki, veteran futbolçu ilə danışıqları davam etdirən “Bavariya” rəhbərliyi Eberlinin xüsusilə transferlərə diqqət ayırmasını istəyirlər.
0
0