Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson ərəblərin diqqət mərkəzinə düşüb.
33 yaşlı ingilis “Əl-İttihad” klubuna keçə bilər. “Qırmızılar”ın sabiq futbolçusu Stiven Cerrardın rəhbərlik etdiyi komanda futbolçunun keçidi üçün danışıqlara başlayıb. 2011-ci ildən Mersisayd təmsilçisinin şərəfini qoruyan Hendersonun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, “Liverpul”la bir çox titullar qazanan Cordan karyerası ərzində keçirdiyi 584 matçda 39 qol və 74 assistlə yadda qalıb.