Ceyms Uord-Praus “Vest Hem”də
15.08.2023 - 00:29
Ceyms Uord-Praus “Vest Hem”də

İngiltərə millisinin futbolçusu Ceyms Uord-Prausun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu “Vest Hem”ə keçib.

“Sauthempton”dan ayrılan futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Ceyms 2027-ci ilədək “Vest Hem”də çıxış edəcək.

Qeyd edək ki, Uord-Praus yetirməsi olduğu “Sauthempton”da 410 matçda 55 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0