Deku transfer siyasətini açıqlayıb
03.10.2023 - 21:23
Deku transfer siyasətini açıqlayıb

“Barselona” yeni transfer siyasəti aparacaq.

Apasport.az saytı xəbər verir ki, klubun idman direktoru Deku gələcək planlardan danışıb.

Portqaliyalı mütəxəssis klubun 30 yaşdan yuxarı futbolçu transfer etməyəcəyini bildirib. Deku komandada təcrübəli oyunçuların kifayət qədər çox olduğunu qeyd edib. O, digər səbəb yaşlı futbolçuların satışından gəlir əldə edilmədiyini göstərib.

Qeyd edək ki, hazırda komandada belə oyunçuların sayı 7 nəfərdir.
 

writer photo
Əlirza Əlirzalı
0