Dünya çempionundan vida
27.07.2023 - 17:53
Dünya çempionundan vida

“Real Sosyedad”ın futbolçusu David Silva karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı ispaniyalı yarımmüdafiəçinin özü açıqlayıb.

2020-ci ildən indiki klubunda forma geyinən Silva 93 matçda 7 qola imza atıb. O, bunadək “Mançester Siti”, “Selta”, “Eybar” və “Valensiya”da da çıxış edib.

Qeyd edək ki, İspaniya millisində 125 matçda 35 qol vuran futbolçu dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0