"Fənərbaxça" dəyişikliyə hazırlaşır
24.11.2022 - 22:50
"Fənərbaxça" dəyişikliyə hazırlaşır

Türkiyənin "Fənərbaxça" klubunun ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilə bilər.

Apasport.az saytı türk mətbuatına istinadən xəbər verir ki, belə bir istəklə İstanbul təmsilçisinin "1907 Fənərbaxça Dərnəyi" adlı azarkeş birliyi çıxış edib.

Onlar arenaya Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün adının verilməsi xahişi ilə rəhbərliyə müraciət edib.

"Sarı-lacivərdlilər"in prezidenti Ali Koç da bu məsələyə müsbət yanaşması ilə bağlı açıqlama verib.

Qeyd edək ki, sözügedən futbol məbədi 1998-ci ildən klubun keçmiş rəhbəri Şükrü Saracoğlunun adını daşıyır.

 

writer photo
Əlirza Əlirzalı
0