Futbolçu oyun zamanı HUŞUNU İTİRDİ
08.01.2024 - 13:22
Futbolçu oyun zamanı HUŞUNU İTİRDİ

Vaxtilə "Nant" və "Monpelye" kimi klublarda çıxış edən Əlcəzair və Fransa vətəndaşlığı olan Endi Delors azarkeşlərini qorxudub.

Apasport.az xəbər verir ki, Qətərin "Um Salal" klubunda oynayan futbolçu "Əl-Ərəbi" ilə matçda huşunu itirib. Bundan sonra 32 yaşlı Delors əvəzlənib. 

Qeyd edək ki, həkimlərin müdaxiləsindən sonra futbolçu özünə gəlib. İkinci hissədə heç nə olmamış kimi o, ehtiyat oyunçular skamyasından matçı izləyib.

writer photo
Əlirza Əlirzalı
0