İddiaçılar turnirinə seçim qaydası açıqlandı
16.12.2022 - 13:18
İddiaçılar turnirinə seçim qaydası açıqlandı

FİDE 2024-cü ildə keçiriləcək İddiaçılar turnirinə seçim qaydalarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yarışdakı iştirakçılardan biri 2023-cü ildə keçiriləcək Şahmat tacı uğrunda qarşılaşmada uduzan iştirakçı olacaq.

Bu dueldə rusiyalı Yan Nepomnyaşı və çinli Lijen Din üz-üzə gələcək. Qalib dünya çempionu adını qazanacaq, məğlub isə İddiaçılar turnirində iştirak hüququ əldə edəcək.

Üç vəsiqə 2023-cü ilin dünya kubokunun ən yaxşı şahmatçılarına veriləcək. İki yerin sahibi isə 2023-cü ildə təşkil olunacaq FİDE Qran-turun qalibi və finalçısına veriləcək.

2024-cü il yanvarın 1-dəki FİDE reytinqində yarışa vəsiqə qazanmayanlar arasında ən yüksək yerdə qərarlaşan qrossmeyster də İddiaçılar turnirində iştirak hüququ əldə edəcək. Bunun üçün həmin şahmatçı 2023-cü ildə minimum 4 turnirdə mübarizə aparmalıdır. Sonuncu vəsiqə isə 2023-cü ildə FİDE tərəfindən təşkil olunan yarışlarda ən yaxşı nəticələr göstərən zəka sahibinə veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0