İngilis nəhənglərinin gözü Aktürkoğlunda
09.10.2023 - 20:49
Kərəm Aktürkoğlu ingilisilərin radarına girib.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu “Vest Xem” və “Tottenhem”in diqqət mərkəzindədir.
“Vest Xem” mövsümün sonunda aparıcı futbolçusu Carred Boveni “Liverpul”a sataraq yerinə 24 yaşlı Aktürkoğlunu almağı planlaşdırır. “Tottenhem”də isə baş məşqçi Ange Postecoğlu sol cinahda Kərəmin oynamasını istəyir.
Qeyd edək ki, Kərəm Aktürkoğlu “cim-bom”un aparıcı futbolçularından biridir. Bu mövsüm 16 matça çıxan orta xətt oyunçusu 5 qol və 7 assistlə yadda qalıb.
0
0