“Lids” almaniyalı mütəxəssisə əmanət
04.07.2023 - 22:47
“Lids” almaniyalı mütəxəssisə əmanət

İngiltərə Premyer Liqasını tərk edən “Lids” yeni məşqçi ilə anlaşıb.

Apasport.az-ın məlumatına görə, komandaya almaniyalı mütəxəssis Daniel Farke başçılıq edəcək.

Yeni baş məşqçinin qarşısında “Lids”i Premyer Liqaya qaytarmaq vəzifəsi qoyulub. Təqdimetmə mərasimində Farke bunları deyib: “Burada məni isti qəbul etdikləri üçün təşəkkür edirəm. Belə bir klubda işləmək imkanı qazandığım üçün çox şadam. Azarkeşlərimizin bizi dəstəkləyəcəyinə inanıram. Mövsümün ilk oyununu səbirsizliklə gözləyirəm”.
Ötən mövsümün yekunlarına görə, “Lids” 38 oyunda 31 xal toplayaraq, Premyer Liqanı 19-cu pillədə başa vurub. Komanda növbəti mövsüm Çempionşipdə mübarizə aparacaq. 

Qeyd edək ki, Farke 2022/23 mövsümündə Münhenqladbax “Borussiya”sına rəhbərlik edib. Komanda onun rəhbərliyi ilə Bundesliqanı 9-cu pillədə başa vurub.
 

writer photo
Əlirza Əlirzalı
0