“Mən bunu illər əvvəl demişdim: dünya çempionu olacağıma əmin idim”.
Apasport.az xəbər verir ki, bunu Argentina millisinin hücumçusu Lionel Messi deyib.
O, 2022-ci ildə dünya çempionu olmasından danışıb. 36 yaşlı futbolçu bu uğura sahib olacağına əvvəldən bildiyini deyib: “Bu, 2014-cü il dünya çempionatının finalındakı məğlubiyyətdən əvvəl də belə idi, sonra belə oldu. Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir. Mən həmişə buna inanmışam. Dünya çempionatı boyunca Dieqo Maradona həmişə yanımızda idi. Argentina millisində oynayanda həmişə belə olur. Biz hər yerdə argentinalıları görürük və özümüzü evdəki kimi hiss edirik”.