PSJ-nin hücumçuları Neymarla Kilian Mbappe arasında yaşanan qalmaqal getdikcə böyüyür.
Apasport.az saytının məlumatına görə, Fransa çempionatının II turunda “Monpelye” ilə keçirilən oyunda (5:0) fransalının əksər epizodlarda ona ötürmə verməkdən imtina edən komanda yoldaşından narazılığı və penalti zərbəsi zamanı dialoqları diqqətdən yayınmayıb.
Yeni müqavilədən sonra rəhbərlikdə söz sahibi olan Mbappe növbəti dəfə braziliyalının satılmasını tələb edib. Futbolçular arasında gərginliyin yaşanması da məhz 24 yaşlı forvardın yayda Neymarın satılmasını istəməsindən qaynaqlanır. Fransa millisinin üzvü hücumda Lionel Messi ilə birlikdə çıxış etməkdə maraqlıdır və argentinalının əsas ötürmələri ona verməsini istəyir.
Qeyd edək ki, ilk iki turdan sonra çempionatda Neymar 3, Messi 2, Mbappe isə 1 qol vurub.