“Çelsi” ukraynalı qapıçıdan imtina edib
28.07.2024 - 22:07
“Çelsi” ukraynalı qapıçıdan imtina edib

Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Lunin “Çelsi”yə keçməyəcək. 

Apasport.az xəbər verir ki, London klubunun rəhbərliyi başqa qapıçının xeyrinə seçim edib. “Çelsi” “Vilyarreal”dan Filip Yorgenseni transfer etməyə yaxındır. 

Lunin 2018-ci ildən “kral klubu”nda çıxış edir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti gələn ilin ortalarına kimi hesablanıb. 25 yaşlı qolkiperin transfer dəyəri 25 milyon avrodur.

writer photo
Əlirza Əlirzalı
0